» » » 2017-ci il ərzində taxes.gov.az internet səhifəsinə nə qədər daxilolma olub??

2017-ci il ərzində taxes.gov.az internet səhifəsinə nə qədər daxilolma olub??

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2017-ci il ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 312450 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2472882  SMS göndərilib. 2017-сi il  ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 5211125 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 486.318 vətəndaş qəbul edilərək onlara 744.149 sayda xidmət göstərilib. 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə ümumilikdə 404646 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci il ərzində 148.990 vergi ödəyicisi (11860 hüquqi şəxs, 137130  fiziki şəxs), 31782 təsərrüfat subyekti (obyekti), 17167 nəzarət–kassa aparatı və 6803 POS-terminal qeydiyyata alınıb.

Media Kommunikasiya Mərkəzi

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az