» » » 1800 manat əmək haqqı ilə Maliyyə işləri üzrə Mütəxəssis tələb olunur

1800 manat əmək haqqı ilə Maliyyə işləri üzrə Mütəxəssis tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0
birbank biznes

Aztikintiyol LLC 1800 manat əmək haqqı ilə Maliyyə işləri üzrə Mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

– Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, qayimələrin, aktların tərtib edilməsi
– Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi
– Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işlənməsi
– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi
– Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata    keçirilməsində iştirak edilməsi
– İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunun və nəzarətinin həyata keçirilməsi
– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi
– Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarətin edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi
– Bank və Vergi balanslarını yoxlayıb, gündəlik bank  reportlarının hazırlanması
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icrası və sənədlərin tərtib edilməsi

Namizəd barədə tələblər

Ümumi tələblər
– Təhsil – Ali iqtisadi təhsil
– Yaş həddi – 25-30
– Cins – kişi
– İş təcrübəsi: 3-5 il (“Big four” iş təcrübəsi üstünlükdür)
– Dil bilikləri: Rus və İngilis dili əla səviyyədə

Bilik və bacarıq
– MS Office –  Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı
– 1C proqramı 8.2 və ya 8.3. Proqramda mühasibatlıq uçotunu doğru qurmaq bacarığı olmalı
– Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini bilməli
– Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını bilməli
– Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli
– Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli
– İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli

İş şərtləri

– İş qrafiki – 6 günlük
– Əmək haqqı – 1200 – 1800 AZN
– Nahar şirkət tərəfindən təmin edilir
– Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
– Telefon limiti şirkət tərəfindən qarşılanır

Namizədlərdən CV-ni mövzu yerində “Maliyyə işləri üzrə Mütəxəssis” qeyd etməklə hr@aztikintiyol.az  ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.