» » » Karantin rejimi tətbiq edilmiş bəzi şəhər və rayonlarda 1776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib

Karantin rejimi tətbiq edilmiş bəzi şəhər və rayonlarda 1776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib

posted in: Xəbər | 0
birbank biznes

maliyyə dəstəyiAzərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8657 muzdlu işçini əhatə edən 1776 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, ödənilmiş vəsaitin məbləği 1 milyon 446,9 min manat təşkil edib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun