» » » 1200 manat məvaciblə mühasib axtarılır

1200 manat məvaciblə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

mühasib axtarılırMühasib (Sumqayıt)

Vəzifə öhdəlikləri:

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;
– Mal-materialların uçotunun aparılması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– Yaş həddi: 25-40 yaş
– Azərbaycan, rus və ingilis dili biliyi
– MS Office və 1C proqramları üzrə biliklər
– Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
– 1C (8.3) proqramında işləmək bacarığı
– İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
– Fərdi və komandada işləmək bacarığı
– Dəqiq və sürətli işləmək bacarığı
– Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş şəraiti:

– İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
– İstirahət günü: şənbə, bazar günləri
– İş yeri Sumqayıt şəhərində yerləşir
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
– İşçi korporativ nömrə və naharla təmin edilir
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 1000-1200 AZN

Maraqlananlar öz şəkilli CV formalarını hrdcvacancy17@gmail.com / info@finstaff.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Mənbə: muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.