» » » Yenilənmiş əməkhaqqının hesablamalarda təsiri

Yenilənmiş əməkhaqqının hesablamalarda təsiri

posted in: Xəbər | 0
birbank biznes

Yenilənmiş əməkhaqqıMəlum olduğu kimi əməkhaqqı işçiyə ödənilən bir sıra ödənişlərin hesablanması zamanı əsas hesab edildiyi üçün əməkhaqqıya dəyişikliklərin təsiri barədə qeyd edəcəyik.

Mövcud qanunvericiliklə əməkhaqqı aşağıdakı bir sıra hesablamaların əsasını təşkil edir. Bu hesablamalara aiddir:

  • Məzuniyyət dövrü üçün son 12 ayın əməkhaqqısı nəzərə alınır. Belə ki, şəxsin məzuniyyət haqqı hesablanarkən işçinin son 12 aydakı əməkhaqqısı toplanmaqla 1 aylıq və buna müvafiq olaraq 30.4-ə bölünməklə 1 günlük məzuniyyət haqqı müəyyən edilir.
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında son 12 ayın qazancı (əməkhaqqı və digər gəlirlər) hesablanmaqla, ümumi məbləğ həmin 12 ayın iş günlərinin sayına bölünür. Nəticədə 1 iş gününə düşən orta gündəlik qazancı tapılaraq müavinət məbləği hesablanır.
  • İşsizlikdən sığorta üzrə aylıq sığorta ödənişi hesablanarkən bu ödənişin verilməsi üçün əsas olmuş hadisənin baş verməsindən əvvəlki 12 ayın aylıq əməkhaqqının 12-ə bölünməsi yolu ilə 1 aylıq sığorta ödənişi məbləği hesablanır.
  • Həyatın yığım sığortası üzrə yenilənmiş əməkhaqqı işçinin sığorta müqaviləsinin sonunda əldə edəcəyi gəlirə müsbət təsir edəcəyi üçün məqsədəuyğundur ki, sığorta müqaviləsində düzəliş edilməklə yeni formatda təqdim edilsin. Belə ki, əməkhaqqıya daxil olan vergi və sosial sığorta ödənişlərinin həcmi yenilənmiş əməkhaqqında da dəyişir.

Onu da qeyd edək ki, yenilənmiş əməkhaqqıya uyğun olaraq məzuniyyət götürülərkən son 12 ayın düzgün planlaşdırılması əmək məzuniyyəti zamanı iş günləri ilə balansın pozulmasının qarşısını ala bilir.


Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri