» » » Yeni bank hesabı açmaq üçün vergi orqanına ərizə verilirmi?

Yeni bank hesabı açmaq üçün vergi orqanına ərizə verilirmi?

posted in: Xəbər | 0
birbank biznes

elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVətəndaş fiziki şəxs kimi VÖEN alaraq fəaliyyət göstərir və hər ay xaricdən əməkhaqqı alır. Hazırda istifadə etdiyi bankın xidmətlərindən razı olmadığı üçün başqa bankdan xidmət almaq istəyir. Bunun üçün yenidən Dövlət Vergi Xidmətinə ərizə göndərməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğu vergi orqanına müvafiq qaydada müraciət etməyi tələb olunur.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/3tzUTv6

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.