» » » Yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi üçün vergi tutulurmu?

Yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi üçün vergi tutulurmu?

posted in: Xəbər | 0
birbank biznes

yaşayış sahələrinin təqdim edilməsi,Mənə məxsus mənzili öz qardaşıma bağışlayıram. Bu zaman vergi ödənilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azad olduğu üçün sorğunuzda qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 218-1-ci maddələri.

Mənbə: vergiler.az