» » » Xəzinədar tələb olunur

Xəzinədar tələb olunur

posted in: İş elanı, Xəzinədar | 0
birbank biznes

Azərbaycan Beynəlxalq Bankı Filial şəbəkələrinə xəzinədar axtarır.

Vəzifə öhdəlikləri:

  • Filial müdiri və baş mühasibin iştirakı ilə  mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  • Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
  • Xəzinə mədaxil  və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri  və baş mühasibinin iştirakı ilə  sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
  • Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq  və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması.

Davranış səriştələri:

  • Müştərilərlə nəzakətli ünsiyyət;
  • Müştərilərə vaxtında və keyfiyyətli xidmətin göstərilməsi;
  • İntizam, daxili sənədlərinə və daxili qaydalarına ciddi riayət etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsilli;
  • Bankda ən azı 1-3 illik xəzinədar vəzifəsi üzrə stajı olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır);
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 Fevral  2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xəzinədar” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: www.ibar.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az