» » » İcarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması

İcarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0
birbank biznes

MühasibatVergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır.

Vergi üzrə hüquqşünas Elvin Şərifov qanunvericiliyin bu tələbini şərh edib. Bildirib ki, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 və 115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.

Bilirik ki, icarəyə götürülən və icarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlı Vergi Məcəlləsində icarəyə götürülən əsas vəsaitə çəkilən təmir xərcinin ya icarə haqqı ilə əvəzləşdirilməsi, yaxud icarəyə verənin vəsaiti hesabına çəkilməsi göstərilir. Vergi Məcəlləsinin 115.6-cı maddəsində göstərilir ki, bu iki halda təmir xərcinin gəlirdən çıxılmasına dair 115-ci maddənin müddəaları icarəyə götürənə tətbiq edilmir.

Vergi Məcəlləsinin 115.5-ci maddəsində əsas vəsaitlərin təmiri üzrə xərclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılması göstərilib. Bu, təmir xərcinin hansı şəxs tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinin müqavilə ilə müstəqil tənzimlənməsi anlamına gəlmir və yalnız qanunvericiliyə uyğun halda tənzimləndiyi bildirilir.

Belə ki, tərəflər arasında bağlanan müqavilədə əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı məsələlər Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Mülki Məcəllənin 337.1-ci maddəsində isə göstərilib ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

Eyni zamanda, Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur.

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir. Bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır, yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni, çəkilən məsrəflər artıq kompensasiya edilib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən, icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır. Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 115.7-ci və 115.8-ci maddələrinə dair müddəalar balansda əsas vəsait kimi uçota alınan aktivlərə münasibətdə tətbiq edilir və uzunmüddətli icarə istisna olmaqla, icarəyə götürülən əsas vəsaitlərə münasibətdə tətbiq edilmir.

Vergi Məcəlləsinin 114.2.6-cı maddəsinə əsasən tam amortizasiya olunmuş əsas vəsaitlər onlar istismara yararlı olduğu halda amortizasiya olunmayan aktivlərə aid edildiyindən Vergi Məcəlləsinin 115.1-ci maddəsinin müddəalarına əsasən, belə aktivlərə çəkilən təmir xərci 0 faiz həddi ilə məhdudlaşdırılır. Bu səbəbdən Vergi Məcəlləsinin 115.7-ci maddəsinin müddəalarına əsasən, çəkilən təmir xərci qalıq dəyərinin üzərinə gəlinməklə kapitallaşdırılır və yalnız amortizasiya ayırması şəklində gəlirdən çıxılır.

Beləliklə, icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

– İcarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;

– İcarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun