» » » Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün

Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün

posted in: Xəbər | 0

Xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filialı

Azərbaycan bazarında iştirak edən xarici investorlar öz fəaliyyətində müxtəlif üsulları, o cümlədən xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filialların yaradılması yolunu seçirlər. Nümayəndəlik və filiallar anlayışları Azərbaycan Respublikasının Mülki Məcəlləsində şərh olunub.

Nümayəndəlik:

  • hüquqi şəxsin ayrıca bölməsidir;
  • onun olduğu yerdən kənarda yerləşir;
  • hüquqi şəxsin mənafeyini təmsil və müdafiə edir.

Hüquqi şəxsin filialı:

  • onun ayrıca bölməsidir;
  • hüquqi şəxsin olduğu yerdən kənarda yerləşir;
  • onun bütün funksiyalarını (yaxud bir hissəsini), o cümlədən nümayəndəlik funksiyalarını yerinə yetirir.

Mülki Məcəllənin 53-cü maddəsində təyin olunan bu anlayışlar xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filiallarına da aiddir.

Biznes hesabi

Nümayəndəlik və filiallar hüquqi şəxs deyil, fəaliyyətləri hüquqi şəxs tərəfindən təsdiq edilən əsasnamə əsasında tənzimlənir, onların rəhbərlərini hüquqi şəxs təyin edilir, həmin rəhbərlər etibarnamə əsasında fəaliyyət göstərir.

Xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı

Azərbaycanda biznesə başlayan sahibkarı onu mütləq dövlət qeydiyyatına aldırmalıdır, çünki qeydiyyatsız sahibkarlıq fəaliyyəti qanun pozuntusudur. Bu həm yerli investisiyalı, həm də xarici investisiyalı hüquqi şəxslərə aiddir. Qeydiyyat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun tələblərinə əsasən aparılır. Qanunun 2-ci maddəsi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə əsas anlayışları əhatə edir. “Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət” bu sıraya aiddir.

“Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir.”

Hüquqi şəxslərin, o cümlədən xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı qeyd edilən Qanunun 5-ci maddəsinin müddəaları əsasında aparılır.

Xarici investisiyalı kommersiya hüquqi şəxslərin vergi orqanlarında uçota alınması onların dövlət qeydiyyatı hesab olunur.

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı üçün aşağıdakı sənədlər təqdim edilir:

  • https://www.taxes.gov.az/vn/1/kommersiya.zip (Notariat qaydasında təsdiqlənmiş);
  • https://www.taxes.gov.az/vn/1/download_new/a3.xls
  • nümayəndəliyin yaxud filialın 2 nüsxədə əsasnaməsi;
  • nümayəndəliyin və ya filialın yaradılması haqqında qərar;
  • rəhbərinin təyin edilməsi barədə xarici hüquqi şəxsin qərarı (əsli və ya notarial təsdiqlənmiş surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti);
  • nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyat sənədləri;
  • nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
  • nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq));
  • nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”;
  • ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
  • etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda);
  • xarici bankların və siğorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd.

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uyğun struktur vahidlərində aparılır.

Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri