birbank biznes

WirecardWirecard ödəniş sisteminin hesablarına artıq 2 milyard avro məbləğində qondarma pul yatırılması ilə bağlı Almaniyanın tarixində baş verən ən böyük mühasibatlıq qalmaqalı, tədricən böyük cinayət işinə çevrilir. Sözügedən sistemin iflası, iki top-menecerin həbsi, üçüncünün qaçışı və biznes-tərəfdaşlarının vaxtsız ölümləri.

Qısa zaman kəsiyində, planetar miqyasda qara dəliyə çevrilməzdən əvvəl tarixdə Avropanın maliyyə nəhənginə çevrilən və Münhen yaxınlığında yerləşən kiçik startapla bağlı yeni təfərrüatlar məlum olub.

Almaniya, mətbuatın London maliyyəçiləri ilə görüşinlərdə kəşfiyyat əlaqələri və “Noviçok” formullu zəhər ilə öyündüyünü yazdığı, Wirecard-ın iflasından sonra isə guya Belorusa və ya Rusiyaya qaçdığı deyilən koloritli avstriyalı Yan Marsaleki beynəlxalq axtarışa verib.

O, şirkətdə ikinci şəxs olub və indi isə Yan Marselek, mövcud olmayan 2 milyard avroluq şişirdilmiş böyük hesabat fırıldağında iştirak etməkdə şübhəli bilinir. Pulların nağd şəkildə Filippindəki iki bankda yerləşdiyi göstərilsə də, amma, audit zamanı həmin vəsaitlər aşkar olunmayıb.

Wirecard bu çatışmazlığı həzm edə bilmədi və iflasa uğradı, vaxtilə böyük hay-küylə əsas alman birja indeksinə daxil edilən səhmləri isə dəyərsizləşdi. Triumvirat rəhbərliyindən olan iki nəfər – təsisçi və direktor Markus Braun və maliyyə direktoru Burhardt Ley Almaniyada həbsdədirlər. Üçüncü – əməliyyat direktoru Marsalek isə qaçmağa üstülük verib.


Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil olun


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun