» » » VÖEN-in fəaliyyəti necə müvəqqəti dayandırılır?

VÖEN-in fəaliyyəti necə müvəqqəti dayandırılır?

posted in: Xəbər | 0

Mənə məxsus VÖEN-i müvəqqəti dayandırmaq istəyirəm. Bunun üçün nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bunun üçün vətəndaş uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun dayandırılması üçün ərizə təqdim edə bilər.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərlər:

https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Biznes hesabi

Həmçinin, fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması videotəlimatı təqdim olunur: https://youtu.be/fo9rBr6-4V8

Mənbə: vergiler.az

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər