» » » Veysəloğlu Böyük mühasib axtarır

Veysəloğlu Böyük mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

23 il təcrübəyə malik, 12 şirkətdə 9500 nəfərdən artıq sayda komandamıza qoşulmağa Sizi dəvət edirik!

Vəzifəniz: Mühasibat uçotu departamentində Böyük Mühasib

Təcrübə, bilik və bacarıqlarınız:

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;
  •  Maliyyə sahəsində minimum 3 il təcrübə;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  •  Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır;
  •  Maliyyə, İdarəetmə, Vergi və İFRS üzrə kvalifikasiyalar;
  •  Daim inkişafa meyillilik;
  •  Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Bizimlə qazanacağınız təcrübə:

  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq  müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq  müəssisənin maliyyə nəticələrini əks etdirən maliyyə hesabatlarını hazırlayaraq Baş mühasibə təqdim etmək;
  •  İkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  •  Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək və təkliflər vermək;
  •  Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  •  Müəssisədə mövcud olan bütün maddi və qeyri maddi aktivlərin inventarizasiyasını təşkil etmək;
  • Sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
  • Əsas vəsaitləri reyestrin yaradılmasını təşkil etmək;
  • Müqavilələr üzrə reyestri yaratmaq;
  • Xərclərin tanınması qaydalarını və təsnifatının yaratmaq;
  • Sənədlərə baxış və müvafiq tövsiyələrin verilməsi.

Sizə nə vəd edirik:

  • Rəqabətədavamlı əmək haqqı
  • Müddətsiz əmək müqaviləsi
  •  Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
  •  Dinamik iş şəraiti
  •  İşgüzar və mehriban kollektiv
  •  Nəqliyyat təminatı
  •  Nahar yeməyi

Komandamıza qoşulmaq üçün CV-nizi cv@veyseloglu.az ünvanına mövzu yerinə “Böyük Mühasib” qeyd etməklə göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.