» » » Vergilər Nazirliyinin yeni inzibati binasının istismara veriləcəyi vaxt bilindi

Vergilər Nazirliyinin yeni inzibati binasının istismara veriləcəyi vaxt bilindi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Heydər Əliyev prospektində yerləşən Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinin 2018-ci ilin avqust ayının 31-də başa çatdırılması planlaşdırılır. Bu barədə tikintinin podratçısı olan “Tekfen” şirkətinin təqdim etdiyi məlumatlarda qeyd edilib.

Məlumata əsasən, layihənin ümumi dəyəri 94 milyon dollardır. Hazırda tikintinin 6,5%-i başa çatıb. Qalan işlərin dəyəri 87 milyon 925,488 min dollar məbləğində dəyərləndirilir.

Qeyd edək ki, nazirliyin yeni inzibati binası 31 mərtəbəli olacaq.

Mənbə: apa.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.