» » » Vergilər Nazirliyinin vətəndaşlara müraciəti

Vergilər Nazirliyinin vətəndaşlara müraciəti

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İşə qəbul olunarkən işəgötürənlərdən əmək müqaviləsinin bağlanmasını tələb edin. Əmək müqaviləsi ilk növbədə sosial maraqlarınızın təmin olunmasına xidmət edir və rəsmiləşdirilməmiş əmək fəaliyyətinə razılaşmaqla Siz gələcəkdə dövlətin sosial təminatından və bir sıra üstünlüklərdən məhrum olursunuz.

İşçinin hüquqları və üstünlükləri

Əmək müqaviləsi ilə fəaliyyət göstərdikdə

Əmək müqaviləsiz fəaliyyət göstərdikdə

8 saatlıq iş hüququ

+

Əmək məzuniyyətindən istifadə hüququ

+

Peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hüququ

+

Xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə alınması hüququ

+

Gələcəkdə layiqli əmək pensiyasının alınması imkanı

+

İpoteka və digər kreditləri almaq imkanı

+

Məhkəmədə hüquqların müdafiəsi

+

 

İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və rəsmi əmək haqqı ödəməyi tələb etməklə Siz gələcəyinizi indidən düşünmüş olursuz. Unutmayın ki, Sizə ödənilən rəsmi əmək haqları – sabah üçün sabit sosial təminatınızın təməlidir!

Bununla bağlı hüquqlarınız pozularsa, vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya “195-1” Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.