» » » Fiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər?

Fiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər?

posted in: Xəbər | 0

Mən adıma qeydiyyatda olan VÖEN-i ləğv etmək istəyirəm. Bunun üçün hansı prosedurlardan keçməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür. Bu barədə ətraflı məlumatı əldə etmək üçün səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə istifadəçi təlimatı, videotəlimat ilə buradan tanış olun:

https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Biznes hesabi

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı dövlət Vergi Xidmətinin internet səhifəsinin müvafiq bölməsindən əldə edə bilərsiniz:

https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-legv-edilmesi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar

Mənbə: vergiler.az

Vergi ödəyicilərinə risk balı verilməsi təklif olunur