» » » Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?

Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?

posted in: Xəbər | 0

Müəssisəmizin uçotunda uzun müddətdir bağlanmamış debitor borclar mövcuddur. Sözügedən borclar əvvəlki dövrlərdə mühasibat uçotunda gəlir kimi tanınıb, lakin hazırda faktiki olaraq ödənilməyərək debitor borc kimi qalmaqdadır. Qeyd edək ki, borcun tutulması məqsədilə qarşı tərəfə dəfələrlə rəsmi müraciətlər edilib, lakin heç bir cavab alınmayıb və borcun ödənilməsi təmin olunmayıb. Mövcud vəziyyəti nəzərə alaraq, bu borcların ümidsiz (şübhəli) borc kimi qiymətləndirilməsi zərurəti yaranıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən debitor borcların ümidsiz borc kimi tanınaraq gəlirdən çıxılan xərclərə aid edilməsi mümkündürmü?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə olunan ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Hüquqi şəxs iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda, borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab olunduqda qanunla müəyyən edilmiş qaydada silinə bilər.

Eyni zamanda, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Biznes hesabi

Qeyd olunanlara əsasən, debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 111-ci və Mülki Məcəllənin 373-cü maddələri

Mənbə: vergiler.az

Azərbaycanda bu şəxslərin pensiya ödənişi artırılır