» » » Uşağın anadan olmasına görə müavinətin təyin edilməsi və maliyyələşmə mənbələri

Uşağın anadan olmasına görə müavinətin təyin edilməsi və maliyyələşmə mənbələri

posted in: Müavinət, Xəbər | 0
birbank biznes
Müavinətin təyin edilməsi  və maliyyələşmə mənbələri

Uşağın anadan olmasına görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Uşağın doğulmasına görə birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir.

Təqdim olunmuş sənəd əsasında komissiyasının səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir.

Qəbul edilmiş qərar müavinətin təyin edilməsi protokoluna qeyd edilir. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların arayışının arxasında komissiyanın səlahiyyətli üzvünün imzası ilə müavinətin təyin olunması və miqdarı haqqında qeydlər edilir.

Uşağın doğulması haqqında arayış itirilərsə, birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən təqdim edilən doğum haqqında arayışın surətinə əsasən verilə bilər. Bu hallarda valideynlər tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsi ilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.

Sığortaedən uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün müraciət olunduğu aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı), uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş doğum haqqında arayış əlavə olunmalıdır.

Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir.

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.

Artıq verilmiş müavinət məbləği, müavinət alan şəxsdən müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından tutulur.

Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür.

Əgər işçi həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

Müavinət almaq hüququna malik olan valideyn öldüyünə görə uşaq doğumu üçün birdəfəlik müavinət alınmadıqda həmin müavinət digər valideynə və yaxud da uşağa həqiqi qulluq edən şəxsə verilir.

Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir.

Uşağın anadan olmasına görə müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər

Uşağın anadan olmasına görə müavinətin  miqdarı

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən  90 manat müəyyənləşdirilmişdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *