» » » Uşağa qulluğa görə müavinət – Müavinət almaq hüququ olan şəxslər

Uşağa qulluğa görə müavinət – Müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Uşağa qulluğa görə müavinət

Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluq sosial sığorta hadisəsi hesab olunur və uşağa qulluğa görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.
Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.

Uşağa qulluğa görə müavinət almaq hüququ olan şəxslər

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az