» » » Təsisçiyə verilən borc və onun əvəzinin qaytarılması dividend hesab olunurmu?

Təsisçiyə verilən borc və onun əvəzinin qaytarılması dividend hesab olunurmu?

posted in: Xəbər | 0

dividendlərTəsisçi borc müqavilələri əsasında hesablanmış faizlərə ödəmə mənbəyində 10% vergi tutub. Təsisçiyə ödənilən faizlər gələcəkdə dividend kimi qəbul edilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd edilənlərə əsasən, təsisçi tərəfindən hüquqi şəxsə verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə görə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Qeyd olunanlara əsasən, təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması müvafiq qaydada sənədləşdirildikdə dividend hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 740-cı maddələri.

Mənbə: vergiler.az


Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?