İlk elektron hesablama maşınının (EHM) yaradılmasından bəri süni intellektin (Sİ) iqtisadiyyatın müxtəlif sahələrində və gündəlik həyatda istifadəsinə başlanılmasından 75 il keçir. Bu yolun əsas mərhələləri hansılardır?
Hər şey nədən başladı?
İngiltərə, Almaniya və ABŞ alimləri hələ də ilk elektron hesablama maşınının harada yaradılması ilə bağlı mübahisə edirlər. Məsələ ondadır ki, başlanğıc mərhələdə bu kimi işlər daha çox klassik anlamda EHM-ə nisbətən mexaniki differensial logaritmik kalkulyatorlara aid edilirdi.
Ciddi yanaşsaq, ilk elektron kompüterin yaradıcıları kimi amerikalılar hesab olunmalıdır: mühəndis-fizik Con Uilyam Mokli və mühəndis-elektronçu Con Presper Ekert. Onların ENIAC adlandırılan EHM-nin layihələşdirilməsi və hazırlanması üzərində işləri 1943-cü ildən, 1945-ci ilə kimi çəkdi.
Bundan az bir müddət sonra hesablama texnikasının inkişafı ilə qırılmaz surətdə bağlı olan süni intellekt (Sİ) sahəsində tədqiqatlar başlandı. 1950-ci ildə ingilis riyaziyyatçısı və kriptoqrafı Alan Metison Tyuring insan düşüncəsinə bənzər süni təfəkkürün imkanlarını müəyyənləşdirmək üçün test təklif etmişdi: tədqiqatçı insana və kompüter proqramına sual verərək, onlara kimin cavab verdiyini müəyyən etməli idi. Kompüterin vəzifəsi – tədqiqatçını çaşdırmaqdan ibarət olmalı idi. Əgər maşın buna nail olurdusa, belədə süni intellektin əlamətləri barədə danışmaq olardı.
-
Daha ətraflı aşağıdakı linklərə daxil olmaqla oxuya bilərsiniz
-
1-ci hissə
-
2-ci hissə
-
3-cü hissə