» » » Sosial şəbəkələrdən qazandığımız məbləğdən hansı vergiləri ödəməliyik?

Sosial şəbəkələrdən qazandığımız məbləğdən hansı vergiləri ödəməliyik?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi idarəsində uçotda olmayan şəxs Sosial şəbəkədən (YouTube) alacağı məbləğdən vergi ödəməlidirmi və bunun yolu necədir?

Cavab: Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi “Youtube” videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir.

Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin vergiyə cəlb olunması barədə ətraflı məlumatı saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsinin “Gəlir vergisinin ödəyiciləri olan fiziki şəxslərin vergi öhdəlikləri” hissəsindən əldə edə bilərsiniz.

Vergi uçotuna alınma isə kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə fiziki şəxsin yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilir.

Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Qeyd olunanlarla əlaqədar əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 33-cü34-cü və 97-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published.