» » » Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

posted in: Xəbər | 0

sosial müavinətlərin məbləği, minimum əməkhaqqı, yaşa görə pensiya, 2022, minimum əməkhaqqı, Artıq ödənilmiş vergilərin qaytarılması, yaşayış minimumu, illər üzrə minimum əməkhaqqı, Əməkhaqqı, yaşayış minimumunun məbləği, minimum əməkhaqqı, əməkhaqqı maaşlar əməkhaqqına artımlarPrezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, gələn ildən Azərbaycanda yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata, III dərəcə əlilliyiə görə müavinət 110 manatdan 120 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata, ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavnət 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata, uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun