» » » Sahil Babayev: Gələn il yeni sosial islahat paketinin icrası planlaşdırılır

Sahil Babayev: Gələn il yeni sosial islahat paketinin icrası planlaşdırılır

posted in: Xəbər | 0

Gələn ildən növbəti genişmiqyaslı sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında 2027-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı bildirib.

“Həmin paketin son parametrləri hazırda hökumət səviyyəsində müzakirə mərhələsindədir. Bu büdcə zərfinin cari xərcləri tərkibində məhz bu istiqamət üzrə müvafiq ehtiyat formalaşdırılıb.

Bunun nəticəsi kimi cari xərclərdə artım gözlənilir. Çünki sosial islahat paketi ənənəvi şəkildə çoxsaylı sahə və seqmentləri əhatə edir və onların hamısı cari xərclər kateqoriyasına aid edilir”, – nazir qeyd edib.

Biznes hesabi

S. Babayevin fikrincə, hazırda qarşıda duran ən əhəmiyyətli məsələ həm xarici, həm də daxili özəl investisiyaların artırılmasının stimullaşdırılması və bunun üçün lazımi şəraitin daha da təkmilləşdirilməsidir: .

Cari xərclərin və ümumilikdə büdcə həcminin artımının inflyasiyaya təsirinə toxunan nazir qeyd edib ki, büdcə xərclərinin artımı 1,7 % həddində proqnozlaşdırılır. Onun sözlərinə görə, bu göstəricinin inflyasiyaya əhəmiyyətli təsir göstərəcəyi gözlənilmir. Həm monetar, həm də fiskal siyasətin bu baxımdan yetərincə əlaqələndirildiyi vurğulanıb.

“Bununla yanaşı, cari xərclərin artmasının başlıca səbəblərindən birini ölkə Prezidenti əvvəlcədən bəyan etmişdi. Belə ki, gələn ildən başlayaraq növbəti həcmli sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır”.

Mənbə: report.az

Azərbaycanda icmal büdcənin hesablanması qaydası dəyişdiriləcək