» » » Sərəncam qoyulan bank hesabından maaş ödəmək mümkündürmü?

Sərəncam qoyulan bank hesabından maaş ödəmək mümkündürmü?

posted in: Xəbər | 0

Vergi orqanı vergi ödəyicisinin bank hesabında olan 5.000 manatın dondurulması üçün sərəncam təqdim edib. Vergi ödəyicisi öz işçisinə əməkhaqqı ödəmək istəyir. Hesabda dondurulmalı sərəncam olduqda vergi ödəyicisi əməkhaqqı ödənişini icra edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi Mülki Məcəllənin 965.2-ci maddəsində göstərilmiş ardıcıllığa uyğun olaraq icra edilir.

Vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin əməkhaqqının ödənilməsi üçün hesabdan pul vəsaitinin məxaricini nəzərdə tutan sənədlər icra edildikdən sonra dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə əməliyyatları həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 65.6-cı maddəsi, Mülki Məcəllənin 965.2.2-ci və 965.2.3-cü maddələri

Biznes hesabi

Mənbə: vergiler.az

Əməkhaqqından gəlir vergisi üzrə yeni dərəcələr

error: Content is protected !!