» » » Sadələşdirilmiş vergi üzrə sabit qəbzin müddəti nə qədərdir?

Sadələşdirilmiş vergi üzrə sabit qəbzin müddəti nə qədərdir?

posted in: Xəbər | 0
birbank biznes

sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuFərdi qaydada fotoqraf fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaş Bakıda fəaliyyət göstərəcəyini nəzərə alaraq ayda 30 manat vergi, 30 manat məcburi dövlət sosial sığorta haqqı, 12 manat icbari tibbi sığorta haqqı ödəyib sadələşdirilmiş vergi üzrə sabit qəbz almalıdır. Vergi Məcəlləsində onun qəbzi növbəti ay, rüb, yarımil, il üçün alına biləcəyi qeyd olunub. Bu tarixlər hansı müddətləri nəzərdə tutur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergi ödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaq üçün ərizə ilə müraciət etdikdə, müraciətdə “Qəbzin qüvvədə olma müddəti”ni qeyd edir. Qəbzin qüvvədə olma müddəti ərizədə göstərilən tarixdən etibarən növbəti ay, rüb, yarımil və ya il üçün hesablanır.

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci maddələri.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun