Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “NR Proaudit” MMC-dir.
Qalib şirkətə 17 523 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 38 940 manat ödənilib.
İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.
Mənbə: report.az
