» » » Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi) hesabı

Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi) hesabı

posted in: Uncategorized | 0
birbank biznes

 

102№-li “Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)” hesabı müəssisənin mülkiyyətində olan qeyri-maddi aktivlərin köhnəl-məsi üzrə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Qeyri-maddi aktivlərin köhnəlməsinin həcmi onların ilk dəyərindən və səmərəli istifadə müddətindən asılı olaraq (müəssisəninfəaliyyət müddətindən artıq olmayaraq) müəyyən edilmiş normalar üzrə hər ay hesablanır.

Səmərəli istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlərin köhnəlmə norması, on il müddətinə müəyyən edilir (müəssisənin fəaliyyət müddətindən artıq olmayaraq).

Qeyri-maddi aktivlər üzrə hesablanmış köhnəlmə məbləği istehsal məsrəflərini (tədavül xərclərini) uçota alan hesabların   debetində,   102№-li “Qeyri-maddi   aktivlərin amortizasiyası (köhnəlməsi)” hesabının kreditində əks etdirilir. Qeyri-maddi aktivlərin ayrı-ayrı obyektləri üzrə köhnəlmənin hesablanması onların səmərəli istifadə müddəti ərzində yerinə yetirilir.

Qeyri-maddi aktivlər xaric olduqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar üzrə hesablanmış köhnəlmə məbləği 102№-li “Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)” hesabının debetindən, 611№-li “Sair əməliyyat gəlirləri” hesabının kreditinə silinir.

102№-li “Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)” hesabı üzrə anali-tik uçot qeyri-maddi aktivlərin növləri və ayrı-ayrı obyektləri üzrə aparılır.