» » » Qeyri-rezident şirkətin filialının gəlirləri ilə bağlı vergi öhdəlikləri necə yerinə yetirilir?

Qeyri-rezident şirkətin filialının gəlirləri ilə bağlı vergi öhdəlikləri necə yerinə yetirilir?

posted in: Xəbər | 0
birbank biznes

gəlirlər ilə bağlı vergi öhdəlikləri,Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən qeyri-rezident şirkətin Azərbaycandakı filialı yerli hüquqi şəxsə xidmət göstərir. Bütün ödənişlər (əməkhaqqı, digər təşkilatların (subpodratçıların) xidmətləri və s.) filial tərəfindən həyata keçirilir. Müqavilənin şərtlərinə görə, yerli hüquqi şəxs xidmətin dəyərini filiala yox, qeyri-rezident şirkətin özünə ödəyir və ödəmə mənbəyində vergini tutur. Bu halda filial tərəfindən görülən işlərə (xidmətlərə) görə qeyri-rezidentdən filiala ödənilmiş vəsait vergiyə cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 130.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Belə ki, vergi ödəyiciləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotu aparılmalıdır.

Müraciətdə göstərilən halda, vergi qanunvericiliyinin müddəalarına əsasən, xidməti birbaşa göstərən filial tərəfindən göstərilən xidmətlərdən əldə olunan gəlirlər filialın vergi tutulan gəlirlərinə, həmin xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər isə filialın gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı, filial tərəfindən xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərdən vergi öhdəlikləri yerinə yetirildikdən sonra qalan xalis mənfəətindən qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə vergi tututub dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, xidmət göstərən filial ƏDV qeydiyyatında olan vergi ödəyicisi olduğu halda, göstərilən xidmətlərin dəyərindən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Müraciətdə qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 126-cı, 130-cu və 159-cu maddələri.

Mənbə: vergiler.az