Pul dövriyyəsinin ortaya çıxması.
Mal artıqlığı yarandığı zaman əmtəə dövriyyəsinin inkişafı prosesində kortəbii şəkildə yaranmışdır. Əvvəlcə istehsal olunan malların həcmi nisbətən kiçik idi və tayfalar arasında mal mübadiləsi təsadüfi xarakter daşıyırdı (istehsal olunan bütün mallar istehlak olunurdu) və təbii formada həyata keçirilirdi. Tədricən istehsal həcmi artırdı və artıq məhsullar ortaya çıxmağa başladı. Mübadilə daimi və kütləvi xarakter almağa başladı. Xüsusi dövriyyə vasitəsinə ehtiyac yaranmışdı ki, onun köməyi ilə bir məhsulu tez və minimal xərclərlə başqa əmtəəyə dəyişmək mümkün idi. Pul belə bir dövriyyə vasitəsinə çevrildi (Pulların ilk funksiyası – pul dövriyyə vasitəsi kimi).