» » » Problemli kreditlərin məbləği 36%-dən çox yüksəlib

Problemli kreditlərin məbləği 36%-dən çox yüksəlib

posted in: Xəbər | 0

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.

Bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub.

Biznes hesabi

Mənbə: report.az

Üfüqi monitorinqə qəbul şərtləri hansılardır?