» » » “Peşəkar mühasib sertifikatı” ilə bağlı Qaydada dəyişiklik edilib

“Peşəkar mühasib sertifikatı” ilə bağlı Qaydada dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Sosial müavinətlərin təyin olunması Sosial müavinətlərAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan  Respublikası  Konstitusiyasının  119-cu  maddəsinin səkkizinci  abzasını  rəhbər    tutaraq,    Azərbaycan  RespublikasınınNazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu  il  22  may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, No 5, maddə 970) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının  verilməsi  prosesinin təşkili,  imtahanların  keçirilməsi  və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
  1. 3.3.1-ci yarımbənddə “, kiçik və orta” sözləri “və kiçik” sözləri ilə əvəz edilsin.
  1. 3.3.2-ci yarımbəndə “iri” sözündən sonra “və orta” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 iyun 2021-ci il

Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun