» » » Özəl sektor işçilərinin gəlirlərinin vergiyə cəlb edilməsi

Özəl sektor işçilərinin gəlirlərinin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

Fiziki şəxs özəl bir şirkətdə əmək müqaviləsi ilə dizayner kimi işləyir və aylıq 1.500 manat əməkhaqqı alır. O, 2026-cı ilin yanvar ayı üzrə əməkhaqqı aldıqda hesabına əvvəlkindən daha az məbləğ köçürüldüyünü müəyyən edir. Mühasibatlıq şöbəsindən bildirilib ki, bu ildən etibarən işçilərin gəlirlərindən vergi tutulmağa başlanılıb. Bu doğrudurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8.000 manatadək olan aylıq gəlirlərindən vergi tutulmurdu. 2026-cı il yanvarın 1-dən həmin maddədə edilmiş dəyişikliyə əsasən, fiziki şəxslərin muzdlu işdən 2.500 manatadək olan aylıq gəlirlərindən 2027-ci il yanvarın 1-dək 3 faiz, 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 5 faiz, 2028-ci il yanvarın 1-dən isə 7 faiz həcmində vergi tutulur.

Buna əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisində işləyən fiziki şəxsin 2026-cı ilin yanvar ayı üzrə 2.500 manatadək olan muzdlu işlə əlaqədar aylıq gəlirlərindən, Vergi Məcəlləsinin 102-ci maddəsində müəyyən olunmuş azadolmalar nəzərə alınmaqla, 3 faiz dərəcə ilə vergi tutulur, əməkhaqqından tutulan sığorta haqlarında isə dəyişiklik olmayıb.

Əsas: Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi

Biznes hesabi

Mənbə: vergiler.az

İşçi nə vaxt, necə və hansı ödənişlərlə işdən çıxarıla bilər?