Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər… Vergi orqanlarının büdcə kassasını artırmaq, potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.
Yağışa görə vergi. Polşanın qərbində, Oder çayı kənarında yerləşən Vrotslav şəhərindən olan məmurların beyninə belə bir dahiyanə ideya gəlib. Belə ki, onlar yağış suları üçün nəzərdə tutulan kanalizasiya xəttindən istifadəyə görə belə bir vergi növünü tətbiq etməyə başlayıblar. Binanın yerləşdiyi hər kvadrat metr əraziyə görə 6 Polşa qroşu ödənilməlidir. Və ən maraqlısı odur ki, bu vergi yağış yağıb-yağmayacağından asılı olmayaraq ödənilməlidir.
Sülhə görə vergi. Qvineya ərazisində artıq çoxda hərbi əməliyyatların getməməsinə baxmayaraq, bu kasıb ölkənin sakinləri sülhə görə vergi ödəməyə borcludurlar. Qvineya sakinlərinin əksəriyyətinin kasıblıq həddindən aşağı səviyyədə yaşamasını, kofenin bir kiloqramının qiymətinin isə cəmi yarım avro təşkil etməsini nəzərə alsaq, bu vergi növünün illik kvotası 17 avro ölçüsündədir ki, bu da onlardan ötrü çox ağır bir yük hesab olunur.
Daha ətraflı aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz: