» » » Optimal Electronics-də Ödənişli təcrübə proqramı

Optimal Electronics-də Ödənişli təcrübə proqramı

posted in: İş elanı, Xəbər | 0
birbank biznes

İşəgötürən: Optimal Electronics MMC

“Optimal Elektronika” MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  İnsan Resursları Departamentində təcrübəçi

Tələblər:

  • Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
  • Öyrənməyə və inkişaf etməyə meylli olmalı;
  • Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür;
  • Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5  iş günü, 2  gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “İnsan Resursları Departamentində təcrübəçi” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az