» » » Mühasiblərin diqqətinə! İşsizlikdən sığorta üzrə təsnifat kodları yenidən dəyişdirildi

Mühasiblərin diqqətinə! İşsizlikdən sığorta üzrə təsnifat kodları yenidən dəyişdirildi

posted in: Audit, Xəbər | 0
birbank biznes
S I Ğ O R T A E D Ə N L Ə R İ N    N Ə Z Ə R İ N Ə

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üçün 123100,  İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı üçün 123200, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər üçün 123300 və İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800  nəzərdə tutulmuşdur.

Göstərilənləri nəzərə alaraq işsizlikdən sığorta haqqı üzrə dəqiqləşdirilmiş bank rekvizitlərini nəzərənizə çatdırırıq:

B1. Benefisar (alan bank)

 

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:  AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.   BİK: CTREAZ22

 

B2. Alan müştəri

Adı:  DSMF Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi

Hesab:  AZ42CTRE00000000000007018576

VÖEN: 1600351421

 

Büdcə səviyyəsinin kodu:   4

 

Büdcə təsnifatının kodu: 123100

 

İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı – 123100

İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı – 123200

İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər-123300

İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar – 143800

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi

Faylı yükləyin:  İşsizlikdən sığorta ödənişlərinin rekvizitləri (183 downloads )

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az