birbank biznes

mühasibat uçotu istiqamətləriTəklif olunan məqalədə professor M. L. Pyatov bizi Sidneydə dünya mühasiblər Konqresində (WCOA 2018) qaldırılan məsələlərin müzakirəsindən sanki heç də müasirliklə bağlı olmayan fəlsəfi problematikaya doğru qaytarır. Amma! Bu yazını oxuyarkən, məqalənin qədim fəlsəfi traktatların müddəalarının düşünə biləcəyimiz mühasibatlıq mühitindən o qədər də uzaq olmadığını görmək imkanımız var …

Və yenə də Aristotel

2018-ci ilin noyabr ayında biz “1C” firmasından olan sevimli həmkarlarımla Filip Dikhonerin Sidneydə etimad iqtisadiyyatı və şirkətlərin hesabatında onun rolu haqqında məruzəsinə qulaq asdıq. Filip, şirkətlərin yeni hesabat növlərinin vizuallaşdırılmış məzmununun bu məlumatların qeyri-peşəkar istifadəçisi üçün özünəməxsus tələ ola biləcəyini və internetdə əldə edilə biləcək məlumatların mövcudluğu kimi, “istifadəçi yönümlülüyü”nün bu cür məlumatların alıcısında onlara həddindən artıq etibar yarada biləcəyini bizə izah etdi.

Dikhoner deyirdi ki, bir şey anladıqlarını hiss etmək insanların çox xoşuna gəlir. Bu onlara həzz verir. Və burada bizə aydın oldu ki, Filip faktiki olaraq Aristotelin “Metafizika” əsərindən ilk sətirləri sitat gətirir: “Bütün insanlar təbiətən biliklərə can atırlar”.

Fəlsəfə və mühasibat uçotu

Əgər siz diqqət yetirmisinizsə, “Əyləncəli mühasibat” rubrikasının mövzusu müəyyən mənada daha çox fəlsəfi çalar alır. Biz sizinlə tanınmış mütəfəkkirlərin işlərinin müddəalarını xatırlayaraq, onların məzmunu ilə mühasibat uçotunun müasir problemləri arasında aydın əlaqələr tapırıq.

Bu, təcrübə üçün gərəksiz olan və hazırda işdən yorulmuş oxucu üçün yalnız hansısa intellektual əyləncə düşüncəsi mənasını verən çox uydurma bir şey kimi görünə bilər, lakin, əslində heç də belə deyil.

Bu gün sizi dünya konqresinin aktual problemlərindən tutmuş, əsrlərin dərinliyində sanki həmişəlik batmış qədim fəlsəfi traktatlara qədər geri qaytararaq, demək istəyirəm ki, biz bunu niyə edirik və praktiki mühasib və ya mühasibatlığın müdrikliyini indi öyrənməyə başlayanlar, məhz, indiki zamanda bundan hansı faydaları əldə edə bilər.


Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun