birbank biznes
Mühasibat peşəsiMühasibat peşəsi bu gün Ukraynada həmişə olduğundan daha dərin həyəcan yaşayır. Peşəkar kadrların çatışmazlığı, çoxlu sayda mühasiblərin yenidən peşə səviyyəlrinin yüksəldilməsinin kəskin zəruriliyi, köhnəlmiş təhsil sistemi, gənclər arasında peşəyə tələbatın nəzərəçarpacaq dərəcədə azalması, ən başlıcası isə, məlumatların emalı, idarəetmə və maliyyə təhlili sahələrində mühasibat uçotunun digər funksiyalarına artan tələbat. Bütün bunlar onu göstərir ki, peşə böhran vəziyyətindədir.

Açıq söyləsək, mühasibat uçotu həmişə inqilabi dəyişikliklərə məruz qalmışdır. İlk mühasibat texnologiyası inqilabı 1970-ci illərdə kompüterlərin və İnternetin meydana gəlməsi ilə baş verdi. Xatırlayıram ki, Ukraynada hələ 90-cı illərdə mühasiblərin komputeri yox idi, onlar mühasibat uçotunu əllə, çötkələr və kağızlar vasitəsilə aparırdılar. Komputerlərin meydana gəlməsi səbəbi ilə əl işlərinə tələbat on illərdir azalır və yaxın gələcəkdə tamamilə yoxa çıxa bilər.

Dünyada ikinci texnoloji inqilab məhz, indi baş verir. Süni intellekt, blokçeyn və məsafədən idarə olunan alqoritmlər kimi texnologiyalar mühasibat sənayesində istifadə olunan uçot metodları və alətlərinə birbaşa təsir göstərir. Süni intellekt məlumatların toplanmasını və təhlilini həyata keçirir, blokçeyn məlumatların təhlükəsizliyini təmin edir, rəqəmsal tenologiyalar məlumatların paylaşılmasına imkan verir. Buna görə də, mühasibat uçotu və maliyyə mütəxəssisləri gələcəkdə məlumatların ötürülməsi, emalı və təhlili üçün texnologiyaların hazırlanmasında iştirak etməlidirlər.

Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil olun:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun