» » » Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (4-cü hissə)

Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (4-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Uzunmüddətli planlaşdırma ilə bağlı prinsip istənilən mühitdə (kağız stikerlər, gündəliklər və s.) həyata keçirilə bilər, lakin biz sizə ən optimal elektron alətdən, time management-dən – MS Outlook-dan istifadə etməyi tövsiyə edirik.

İntizam pəncərəsi

Outlook-da bütün işlərin siyahısını bir yerdə saxlamağa imkan verən xüsusi bölmə var. Tapşırıqlar üçün  xüsusi konfiqurasiya edilən kateqoriyalar (“00-Gün”, “01-Həftə”, “02-Ay”, “Nə vaxtsa”) bu və ya digər bir tapşırığın aktuallıq kəsb etdiyi zamanda onu sərbəst şəkildə müvafiq bölümə (məsələn, bu gün üçün “00-Gün” kateqoriyasına) köçürməyə imkan verir. Əməkdaş səhər işə gələndə həmin gün üçün lazım olan kateqoriyanı açır və orada tapşırıqlardan ibarət olan tam siyahını görür. Eləcə də digər kateqoriyalardan olan tapşırıqları təhlil etməklə, onları yerinə yetirmək müddəti və ya imkanı yarandıqda, asanlıqla həmin tapşırıqları müvafiq bölümə köçürür. Tapşırıq (o cümlədən göndərilməsi lazım gələnlər) yerinə yetirildikdən sonra o, işlərin kateqoriyası üzrə siyahıdan çıxarılır, lakin, istənilən anda həmin tapşırıqlara xüsusi qurulmuş əlavələrdə yenə də baxmaq olar.

Beləliklə, iş yerini düzgün təşkil etmək bacarığı, tapşırıqları sürətlə yerinə yetirməkdə mühüm amildir. Diqqət strukturunu və resurslarınızı bölmək qabiliyyətiniz təkcə gününüzü daha realist planlaşdırmağa imkan vermir, həm də kolleqalarınızla  işdə münasibətləri yoluna qoymağa, zaman kimi vacib resursdan  birlikdə düzgün istifadə etməklə bağlı onlarla razılığa gəlməyə imkan verir.

Hər bir mühasib öz işində bu yazıda vurğulanan yaddaş növləri və nümunə gətirilən işə yanaşma metodlarından istifadə etməklə, həm iş tapşırıqlarını sürətli və lazımi səviyyədə yerinə yetirə bilər, həm də kollektivdə nüfuz sahibi ola bilər.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az