» » » Mühasib fırıldaqları (4-cü sxem)

Mühasib fırıldaqları (4-cü sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

 

4-cü sxem
Saxta ezamiyyə vərəqələri təşkil etməklə edilən fırıldaqçılıq

Elə də olur ki, mühasib şirkətdə işləyən əməkdaşlardan biri ilə dilbir olaraq onun üçün saxta ezamiyyə təşkil edir. Qanunvericiliyə uyğun olaraq, mühasib həmin əməkdaşa “ezamiyyə” xərcləri – nəqliyyat məsrəfi, gündəlik xərclər və mənzil üçün kompensasiya ayırır.

İstənilən xidməti ezamiyyətin sənədləşdirilməsi üçün ezamiyyə faktını təsdiq edən, eləcə də ezamiyyət zamanı çıxacaq xərcləri təsdiqləyən zəruri sənədlər lazımdır: gediş-gəlişi təsdiq edən ezamiyyə vərəqəsi, yol biletləri, otel xərcləri və digər məsrəfləri əks etdirən sənədlər.

Aydındır ki, həmin sənədlərdə lazım olan rekvizitlər, möhürlər və imzalar olmalıdır. O səbəbdən mühasib bu sənədləri əldə etmək “bacarığı olan” əməkdaşa müraciət edir. Ezamiyyə müddətindən asılı olaraq bu, bir və ya bir neçə günlük ola bilər, hər şey bəraətverici sənədlərdən asılı olur.

Müəssisə rəhbəri bu ezamiyyətlər barədə heç nə bilmir. Mühasibin qarşısında duran əsas problem əməkdaşın ezamiyyətə göndərilməsi üçün müəssisə rəhbərinin imzasını almaqdır. Bu məsələ mühasib tərəfindən müxtəlif cür həll oluna bilər. Bəzən hətta müəssisə rəhbərinin adından saxta əmr və imza da təşkil edilə bilər.

Daha hiyləgər üsul – əmri sənədləşdirməməkdir, ezamiyyə xərclərini isə hər hansı başqa bir hesaba (qeyri-xərclər hesabı) köçürməkdir. Mühasib həmin məbləği müəssisənin hesabında qalan gəlirlər hesabına da yatıra bilər, məsələn, debitor və kreditorlarla hesablaşma hesabına. Oradan həmin məbləği o, silməyə heç də tələsmir və sözügedən məbləğ bir növ illərlə “havadan asılı” vəziyyətdə qala bilər.

Beləliklə, mühasib əmr olmadan kimisə ezamiyyətə göndərməkdən çox çəkindiyi üçün həmin məbləği xərclər bölümünə salmaq istəmir, çünki, vergi orqanları ilk növbədə məhz, xərclər bölümünü yoxlayırlar . Belə götürdükdə, təcrübəli mühasib sözügedən məbləği harada gizlətmək lazım olduğunu əla bilir.

Amma, bu fırıldaqçılıq növü böyük risklə müşayiət olunur və vergi müfəttişliyi tərəfindən aparılan daha detallı bir yoxlama hökmən bunu üzə çıxara bilər. Kiçik müəssisədə bundan sui-istifadə edənləri rəhbərliyin özü də üzə çıxara bilər. Bundan ötrü sadəcə müəssisənin kassasında pulların hərəkətini dəqiq nəzarət altında saxlamaq lazımdır və hər bir naməlum məbləğ haqqında məlumatla bağlı dərhal hesabat tələb edilməlidir.

Rəhbərliyin etibar etməsi və diqqətsizliyi isə əksinə bu cür saxtakarlıqları bir qədər də asanlaşdırır. Bir çox rəhbər şəxslərdə sənədləri oxumadan, nəyə imza atdıqlarını bilmədən onları imzalamaq vərdişi yaranıb.

Tabelikdə olanlar (o cümlədən mühasiblər) bu etibardan və ya rəisin diqqətsizliyindən istifadə edərək, imzalamaq üçün müəyyən məqamları – məsələn, direktor harasa tələsir, işgüzar görüşü olur və ya telefonla danışır – gözləməklə, ona bu cür xeyli saxta sənədlər verə bilərlər. Müəssisə rəhbərinin “baxmadan” imzaladığı sənəd hər hansı bir işçinin elə “ezamiyyətə” yola salınması ilə də bağlı ola bilər.

Müəssisə rəhbəri tərəfindən imzalanmış belə bir əmri alan mühasibin işi xeyli asanlaşır. O, çox asanlıqla, qanunvericiliyə uyğun olaraq həmin  saxta ezamiyyəti sənədləşdirir. Belə halda mühasib yoxlama sarıdan da narahat olmur – çünki əlinin altında vergi orqanlarına təqdim etmək üçün “daşdan keçən” sənədlər var.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az