Auditor və mühasibat peşələrinin fərqləndirici xüsusiyyəti-ictimai maraqlarda fəaliyyət göstərmək vəzifəsinin etiraf olunması və qəbul edilməsidir. Buna görə də onların məsuliyyəti yalnız ayrı-ayrı müştərinin və ya işəgötürənin tələbatının ödənilməsi ilə məhdudlaşmır. İctimai maraqlarda fəaliyyət göstərən mühasiblər və auditorlar peşə etikası və əxlaq normalarına riayət etməli və tabe olmalıdırlar. (auditorun etikası, peşəkar mühasib)
Peşəkar davranış etikası Məcəlləsi, əsasən, cəmiyyət qarşısında xüsusi, yüksək məsuliyyəti olan peşələr – dövlət qulluqçuları, həkimlər, peşəkar mühasiblər üçün mövcuddur.
Mühasiblərin peşə davranışının etik Məcəlləsi nisbətən yaxın vaxtlarda – ötən əsrin sonlarında Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən formalaşdırılıb və elan edilib. Buna uyğun olaraq hər bir ölkə də həmin peşələr üzrə öz ölkədaxili peşə Kodeksini qəbul etmişlər.