» » » Peşəkar mühasib və auditorun etikası (2-ci hissə)

Peşəkar mühasib və auditorun etikası (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

vakansiya Mühasib - operatorPeşəkar mühasib və auditorun etikası (2-ci hissə)

Auditor və mühasibat peşələrinin fərqləndirici xüsusiyyəti-ictimai maraqlarda fəaliyyət göstərmək vəzifəsinin etiraf olunması və qəbul edilməsidir. Buna görə də onların məsuliyyəti yalnız ayrı-ayrı müştərinin və ya işəgötürənin tələbatının ödənilməsi ilə məhdudlaşmır. İctimai maraqlarda fəaliyyət göstərən mühasiblər və auditorlar peşə etikası və əxlaq normalarına riayət etməli və tabe olmalıdırlar.

Məxfilik prinsipi o deməkdir ki, peşəkar mühasib peşəkar xidmətlərin göstərilməsi prosesində əldə edilmiş informasiyanı şifahi və yazılı şəkildə açıqlamamalıdır. Məxfilik qorunması üzrə öhdəliklər təşkilat rəhbərliyi ilə peşəkar mühasib arasında münasibətlərin dayandırılmasından sonra da mühafizə edilir.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Peşəkar davranış o deməkdir ki, peşəkar mühasib öz peşəsinin yüksək nüfuzuna uyğun hərəkət etməli və ona ziyan vura biləcək hər hansı fikirlərdən və hərəkətlərdən çəkinməlidir. Peşəkar mühasibin etika Məcəlləsinin bu müddəası ilk növbədə mühasib-fiziki şəxslərə aiddir.

Mühasibat uçotunda vahid standartların reqlamentasiyası və istifadəsi zərurəti bu peşənin fərqləndirici xüsusiyyətlərindən biridir. O, bunun ictimai məqsədindən irəli gəlir. Müəssisədə mühasibat uçotu sərbəst bir rəssam yaradıcılığı ola bilməz. Peşəkar mühasib öz işini mövcud normativ müddəalara və sənədlərə, texniki və peşəkar standartlara uyğun şəkildə yerinə yetirməlidir.

“Auditorların etikası Məcəlləsi” ölkələrin qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) etika Məcəlləsinin konseptual yanaşmaların və bölmələrin maksimum qorunması ilə tövsiyələr əsasında hazırlanmışdır.

Məcəllə etiraf edir ki, auditor peşəsinin əsas məqsədi tapşırıqların keyfiyyətli yerinə yetirilməsini və ictimai maraqların ödənilməsini təmin edən ən yüksək peşəkar səviyyədə mütəxəssislərin fəaliyyət göstərməsidir.

Peşəkar məqsədlərə nail olmaq üçün auditor bir sıra ilkin şərtlər və prinsiplərə riayət etməlidir:

  • Dürüstlük. Peşəkar xidmətlər göstərilərkən auditor açıq və dürüst fəaliyyət göstərməlidir;
  • obyektivlik. Auditor ədalətli olmalıdır, onun obyektivliyinə nə qərəzlilik, nə maraq toqquşması, nə başqa şəxslər, nə də başqa amillər təsir etməlidir;
  • Professional səlahiyyətlilik və lazımi çalşqanlılıq. Auditor lazımi qayğı, səriştə və səylə peşəkar xidmətlər göstərir. Onun vəzifələrinə peşəkar bilik və bacarıqların yüksək səviyyədə saxlanılması daxildir ki, audit olunan təşkilatlar və işəgötürənlər səlahiyyətli peşəkar xidmətlərin üstünlüklərindən istifadə edə bilsinlər;
  • Peşəkar davranış. Auditor elə hərəkət etməlidir ki, bu, peşənin yaxşı nüfuzuna uyğun olsun və onu nüfuzdan sala biləcək hər hansı davranışdan çəkinməlidir;
  • Auditor təşkilatlarının auditi aparan şəxslərin əməliyyatları haqqında sirr saxlaması ilə əlaqədar məxfilik. Auditorun peşəkar xidmətlərinin ödənilməsinin miqdarı hər hansı bir nəticənin əldə edilməsindən asılı olmamalıdır və ya qeyd olunanlardan başqa digər hallarla şərtləndirilməməlidir. Ödənişin məbləği göstərilən xidmətlərin həcmindən və keyfiyyətindən asılıdır. Göstərilən xidmətlərin, ixtisasın, təcrübənin, peşəkarlığın mürəkkəbliyindən, onun nüfuzundan və auditorun məsuliyyət dərəcəsindən asılı ola bilər.

Auditorlar digər auditorlara xeyirxah münasibət bəsləməli, onların fəaliyyətinin əsassız tənqidindən və peşə üzrə həmkarlarına ziyan vuran digər şüurlu hərəkətlərdən çəkinməlidirlər.

Auditor müştəri ilə auditoru əvəz edərkən həmkarına münasibətdə riyakar hərəkətlərdən çəkinməli, müştəri və auditorun dəyişdirilməsinin səbəbləri barədə məlumat almaqda yeni təyin olunmuş auditora kömək etməlidir.

Yeni təyin olunmuş auditorun məlumatlandırılması etik qaydalara riayət edilməklə yazılı şəkildə məxfilik haqqında normalara uyğun həyata keçirilir.

Auditor öz müştərisinin mənafeyi naminə və onun razılığı ilə digər auditorları və digər mütəxəssisləri peşəkar xidmətlər göstərmək üçün dəvət etmək hüququna malikdir. Əlavə olaraq cəlb edilən digər auditorlarla (mütəxəssislərlə) münasibətlər işgüzar və düzgün qurulmalıdır.

Auditor firmasının əməkdaşları olmağa razılaşan attestasiya olunmuş auditorlar şirkətə loyal yanaşmalı, öz fəaliyyətləri ilə firmanın nüfuzuna və gələcək inkişafına kömək etməli, firmanın rəhbərləri və digər əməkdaşları, müştəri rəhbərləri və işçiləri ilə işgüzar, xeyirxah əlaqələr saxlamalıdırlar.

Tez-tez auditor firmalarını dəyişdirən və ya onu qəfildən tərk edən və bununla da şirkətə müəyyən ziyan vuran sertifikatlaşdırılmış auditor peşəkar etikanı pozur.

Əməkdaşların və auditor firmasının qarşılıqlı münasibətləri peşəkar vəzifələrin yerinə yetirilməsi, sədaqətlilik və qərəzsizlik, auditor xidmətlərinin təşkilinin daim təkmilləşdirilməsi, onların peşəkar məzmunu üçün qarşılıqlı məsuliyyətə əsaslanmalıdır.

Auditor audit olunan təşkilatın və ya işəgötürənin düzgünlük, obyektivlik və müstəqillik tələblərinə uyğun olduğu dərəcədə göstərişlərini diqqətlə və səriştəli şəkildə yerinə yetirməlidir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun