» » » İşçilərin minimum əməkhaqqı 2022-ci il yanvarın 1-dən 300 manatdan az ola bilməz

İşçilərin minimum əməkhaqqı 2022-ci il yanvarın 1-dən 300 manatdan az ola bilməz

posted in: Xəbər | 0

iş vaxtı norması, istehsalat təqvimi, 2022, işsizlikdən sığorta ödənişi, icbari sığorta müqaviləsi, Əlilliyin müəyyən olunmasıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.

Xidmət​ işəgötürənlərin nəzərinə çatdırır ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqıdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əməkhaqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.

Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.​ ​​

Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqları ödənilən işçilərin əməkhaqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində​ işçiyə minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsinə görə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun