» » » Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçir

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçir

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 110 manatdır.

İddiaçılar təkliflərini iyunun 26-na qədər Milli Observatoriyanın yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 44 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 26-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “HLB Azərbaycan” MMC olub. Şirkətə 49 min manat ödənilib.

Mənbə: report.az

Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası