» » » Mənfəət Vergisi və Bəyannaməsi üzrə nəzəri və praktiki təlim

Mənfəət Vergisi və Bəyannaməsi üzrə nəzəri və praktiki təlim

posted in: Vergi, Xəbər | 0

Mənfəət Vergisi Bəyannaməsi üzrə nəzəri və praktiki təlim

Mənfəət Vergisi Bəyannaməsi təlimTəlim Mənfəət vergisinin, gəlirdən çıxılan xərclərin Azərbaycan Respublikasının Vergi qanunvericiliyi, Vergi məcəlləsi və digər qanunvericilk aktları üzrə tənzimlənməsi qaydalarını, vergi məcəlləsində gözlənilən dəyişiklikləri, Mənfəət bəyannaməsinin və onun 1 saylı əlavəsinin hazırlanmasını əhatə edir.

Həmçinin təlim Mənfəət vergisi və bəyannaməsi ilə bağlı məsələlərin, mühasiblər üçün problem doğuran sualların geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq. Mənfəət vergisi, gəlir və xərclərlə bağlı Vergi məcəlləsinin bütün maddələri geniş şəkildə praktiki izah ediləcəkdir.

Təlim Baş mühasib, mühasib, mühasib köməkçiləri, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Təlimçi Dövlət Neft Şirkətinin ən böyük qurumlarında Vergilər üzrə rəhbər vəzifədə çalışmış, hazırda Dövlət Neft Şirkətinin Vergilər şöbəsinin rəis müavini vəzifəsində çalışan, CİMA (CİMA CO1-CO5, P1,F1,E1,P2,F2) , DipİFR rus, DipİFR az imtahanlarını müvəffəqiyyətlə vermiş, Vergi üzrə AR Auditorlar palatasının sertifikatı və digər bu kimi sertifikatlara müvəffiyyətlə əldə etmiş Azər Qənbərovdur. 

Vergi uçotu üzrə 10 ildən çox təlim təcrübəsi olan Azər Qəmbərov həmçinin Vergi uçotu, vergi hesabatlarının təqdimatı, hesabatların yoxlanılması və auditi üzrə çoxillik təcrübəyə malikdir. Belə ki, o Mənfəət vergisinin SAP ERP sistemi üzrə avtomatlaşdırılması əsasında vergi uçotu üzrə layihənin (SL modulu) rəhbəri olmuşdur, həmçinin Vergi qanunvericiliyinin tətbiqinə dair 30-dan artıq elmi məqalənin müəllifidir.

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Mənfəət vergisi ödəyiciləri, vergitutma obyekti və vergidən azadolmalar;
  • Gəlirdən çıxılan və çıxılmayan xərclər;
  • Mənfəət bəyannaməsi və 1 saylı əlavənin tərtibatı;
  • Amortizasiya ayırmaları;
  • Təmirlə bağlı xərclərin, əmək haqqı və sosial sığorta ayırmalarının gəlirdən çıxılması;
  • Zərərin keçirilməsi;
  • Ödəmə mənbəyində vergilərin hesablanması;
  • Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlirlər;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Kassa və hesablama metodları;
  • Uzunmüddətli müqavilələr;
  • Əmtəə material ehtiyatlarının uçotu;
  • Maliyyə lizinqi əməliyyatları;
  • Aktivlər təqdim edilərkən gəlir və zərərin müəyyən edilməsi;
  • Hüquqi şəxsin ləğvi, yenidən təşkili və yaranması;
  • Bəyannamənin, habelə ödəmə mənbəyində vergi bəyannamələrinin təqdim edilməsi, cari vergilərin hesablanması;
  • Real keyslər, testlər, məsələlər.

Keçidə daxil olmaqla proqramı əldə edə bilərsiniz: Mənfəət Vergisi və Bəyannaməsi üzrə nəzəri və praktiki təlim (20 downloads)


Başlama tarixi: 08.01.2022

Dərslərin keçirilmə vaxtı:  Təlim həftədə 1 dəfə, hər dəfə 4 saat olmaqla (15 dəqiqəlik Fasilə ilə – Coffee break) keçirilir

Saat: 09-dan 13:00-a qədər.

Təlimin müddəti: 24 saat (1 ay 15 gün).

Təlimin Keçirilmə yeri: Caspian Plaza.

Təlim Materialları: İştirakçılar hər bir dərs üzrə təlim materialları ilə təmin olunurlar.

Təlimin qiyməti: 250 manat (30 dekabradək ödəniş olduqda 15% endirim edilir). Əvvəlki kurslarımızın tələbələri üçün isə əlavə olaraq 10% endirim nəzərdə tutulub.

Təlimin ödəmə üsulu: online.


Qeydiyyat linki: https://form.cubics.pro/form/nQpeXoJJ6RNFzqYSF


Təlimə dair əlaqə üçün:

Telefon: (+994) 12 310 09 29

Mobil:    (+994) 50 225 81 05

Email: [email protected]

Veb səhifə: www.muhasibat.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun