Kriptovalyuta – uçotu mərkəzləşdirilməmiş rəqəmsal hesab vahidləridir. Sözügedən sistemlərin fəaliyyəti paylanmış kompüter şəbəkəsi tərəfindən təmin edilir.
Blokçeyn – ayrı-ayrı bloklardan ibarət məlumatları saxlamağın təhlükəsiz bir üsuludur. Blokçeynin əsas üstünlüyü ondan ibarətdir ki, blokçeynin bütün iştirakçıları bloklar zəncirini görə bilərlər. Heç kim onu dəyişə və ya hiss olunmadan saxtalaşdıra bilməz, yalnız yeni bloklar əlavə edə bilər.
Mayninq (kripto-valyuta platformalarının fəaliyyətini təmin etmək üçün yeni strukturların yaradılması üzrə fəaliyyət) – hasilatdır, yalnız burada hasilat bel və ya kürək ilə deyil, güclü hesablama sistemi olan evdə oturub, blokçeynə kriptovalyuta əməliyyatları blokunun qeydə alınması prosesinə kömək etməklə əldə edilir.
Heş funksiyası məlumatın qısa, sətrin müəyyən bir uzunluqda riyazi çevrilməsidir.
Kriptovalyuta əlavə emissiya üçün yalnız bir imkanı təmin edir – yeni pulları mükafat qismində növbəti bloku yaradan şəxs alır. Blokun yaradılmasının mahiyyəti bu heşin əvvəlində müəyyən miqdarda sıfır olan bir heş əldə etməkdir.
-
Ətraflı oxumaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz
-
1-ci hissə
-
2-ci hissə
-
3-cü hissə
-
4-cü hissə