» » » Maliyyə lizinqi əməliyyatlarından ƏDV tutulurmu?

Maliyyə lizinqi əməliyyatlarından ƏDV tutulurmu?

posted in: Xəbər | 0
birbank biznes

kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuŞirkətimiz avtomobil satışı ilə məşğuldur. Avtomobillərimizi lizinq vasitəsilə satmaq üçün müvafiq fəaliyyət kodu əldə etmişik. Avtomobillərin lizinq yolu ilə satılmasına görə əlavə dəyər vergisi (ƏDV) ödəməliyikmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergitutuma məqsədləri üçün maliyyə lizinqi əməliyyatları və əmlak icarəsinin maliyyə lizinqi hesab edildiyi hallar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin müddəalarına əsasən, maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilmişdir və Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.


Qısaldılmış iş vaxtının tətbiqi


Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 140-cı, 164-cü və 175-ci maddələri.


Mənbə: vergiler.az