» » » Maliyyə hesabatlarının hazırlanması ilə bağlı təlim

Maliyyə hesabatlarının hazırlanması ilə bağlı təlim

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

“Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda Təlim keçiriləcəkdir.

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi  və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 18 dekabr tarixindən saat 10:00-da  1 (bir) həftəlik “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim keçiriləcəkdir. 

Təlimlər “Ernst & Yanq”, “Praysvoterhauskupers”, “Deloitte & Touche”, “KPMC” beynəlxalq auditor şirkətlərinin, “Barattson School of Business & Finance” tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən aparılacaqdır.
Kurslar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)  inzibati binasında keçiriləcəkdir (Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı ş., Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə).

Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilir.

Təlimlər ödənişlidir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər 2017-ci il 18 dekabr tarixinədək Auditorlar Palatasına müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət oluna bilər.

Ünvan: S.Y.Bakuvi, 35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 110); 0558664429.

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyevadır.

E-mail: ayten.mirzeyeva@gmail.com 

Mənbə: www.audit.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.