» » » Konsaltinq xidmətləri Azərbaycanda: nə üçün lazımdır, necə seçilməli?

Konsaltinq xidmətləri Azərbaycanda: nə üçün lazımdır, necə seçilməli?

posted in: Xəbər | 0

Biznes konsaltinq nədir? Konsaltinq xidmətləri Azərbaycanda hansı sahələri əhatə edir? Ekspert-məsləhətçilər kiçik və orta biznesə necə kömək edə bilər? Məqalədən bu və digər suallara cavab tapa bilərsiniz.

Konsaltinq xidmətləri Azərbaycanda necə inkişaf edib? 

Biznes konsaltinq şirkətlərə əməliyyatlarını təkmilləşdirməyə, prosesləri optimallaşdırmağa, gəlirliliyi artırmağa və resurslardan səmərəli istifadə etməyə kömək edən peşəkar məsləhətçilərin xidmətidir. Məsləhətçi – ekspertlər planlaşdırma, maliyyə menecmenti, marketinq, əməliyyatlar və texnologiya kimi müxtəlif sahələrdə işləyə bilərlər.

Konsaltinq xidmətləri Azərbaycanda 1990-cı illərin əvvəlindən, yeni bazar münasibətlərinin yaranması ilə formalaşmağa başladı. Həmin dövrdə daha çox hüquq və vergi sahəsində məsləhət xidmətlərinə ehtiyac vardı. Vergi və mühasibat uçotunun birinin digərindən asılılığı, vergi xidmətlərinə olan təlabat mühasibat konsaltinqinin inkişafına təkan verdi.

Azərbaycanda konsaltinqin inkişafını şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

Biznes hesabi
  1. Sosialist iqtisadiyyatının dağılması dövrü – sovet dövründə bazar iqtisadiyyatı yox idi, peşəkar konsaltinq xidməti sistemi mövcud deyildi, iş prosesində məsləhətlər dövlət nazirlikləri və ya təcrübə mübadiləsi formasında təqdim olunurdu.
  2. Müstəqilliyin ilk illəri – 1991-ci ildə müstəqillikdən sonra iqtisadiyyatı bazar münasibətlərinə keçməyə başladı. XX əsrin sonlarında maliyyə, audit və hüquq sektorunda məsləhət xidmətlərinə Azərbaycanda ehtiyacı artdı. Bu da peşəkar şirkətlərin formalaşmasına təkan verdi.
  3. 2000-ci illərdə az sayda yerli konsaltinq şirkətləri fəaliyyətini genişləndirməyə başladı və beynəlxalq təcrübə ilə daha sıx əlaqələr quruldu.
  4. 2010-cu illərdən bu günə – konsaltinq xidmətləri Azərbaycanda sürətlə inkişaf etməyə başladı, beynəlxalq məsləhətçi şirkətlər bazarda iştirak etməyə başladı və yerli bazar daha da formalaşdı.

Hazırda Azərbaycanda konsaltinq həm yerli, həm də beynəlxalq şirkətlər tərəfindən geniş çeşiddə peşəkar məsləhət xidmətləri ilə təmsil olunur.

Konsaltinqin inkişafının əsas səbəbləri hansılardır?

  • Xarici mühitin dinamik inkişafı: şirkətin xarici mühitində baş verən sürətli dəyişikliklər biznes sahiblərindən daimi uyğunlaşma tələb edir. Sürətli dəyişikliklərə daxili şöbələrdən fərqli olaraq kənar ekspertlər daha çevik reaksiya verə bilər
  • İqtisadi məqsədəuyğunluq: tam ştatlı, yüksək ixtisaslı mütəxəssisin işə götürülməsi baha başa gəlir; konsaltinq ekspertlərə ehtiyac olduqda müraicət imkanını yaradır ki, bu da daha ucuzdur.
  • İxtisaslaşma və şəbəkə iqtisadiyyatı: iqtisadiyyatda qarşılıqlı əlaqənin artması, informasiya və intellektual əlaqələrin vacib olduğu şəbəkə strukturlarına keçid konsaltinqi zəruri edir.
  • “Yumşaq bacarıqların” əhəmiyyətinin artması: biznesdə üğur getdikcə daha çox “yumşaq” intellektual xidmətlərdən və konsaltinqlə birbaşa əlaqəli olan insan kapitalından asılıdır.

Accounting.Az MMC-nin konsaltinq xidmətləri Azərbaycanda biznesə başlamaqda sizə hərtərəfli kömək edəcək.

 

Konsaltinqin hansı növləri vardır?

Strateji konsaltinq

Bu xidmətə uzunmüddətli biznes strategiyalarının hazırlanması, bazarın təhlili, yeni bazarlara daxil olmaqda köməklik və bazar payının artırılması üzrə məsləhətlər daxildir. Strateji məsləhətçilər aydın, uzunmüddətli  biznes məqsədlər hazırlamağa və onlara nail olmaq üçün plan qurmağa kömək edir.

Maliyyə konsaltinqi xidməti

Büdcənin tərtibi, maliyyə fəaliyyətinin təhlili, vergi planlaşdırması və risklərin idarə edilməsi daxil olmaqla maliyyə idarəçiliyinin bütün aspektlərini əhatə edir. Maliyyə idarəçiliyi üzrə konsaltinq xidmətləri Azərbaycanda mahsibat uçotunun autsorsinqi üzrə ixtisaslaşmış məsləhətçi-ekspertlərin formalaşmasına təkan verib.

Əməliyyat konsaltinqi

Bu məsləhət xidmətləri biznes proseslərinin optimallaşdırılmasına yönəlib. Buraya məhsuldarlığın artırılması, proseslərin avtomatlaşdırılması və ya keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə bağlı tövsiyyələr daxildir.

Marketinq konsaltinqi

Bu sektorda təqdim edilən məsləhət xidmətləri marketinq strategiyalarının hazırlanması, reklam kampaniyaları, istehlak bazarının təhlili və brendinqi əhatə edir.

İT konsaltinq

İT konsaltinq biznes problemlərini həll etmək, prosesləri optimallaşdırmaq və şirkətin səmərəliliyini artırmaq üçün informasiya texnologiyalarının təhlilini, dizaynını və tətbiqini təmin edən ekspert xidmətidir. Məsləhətçi – ekspertlər mövcud durumun auditini aparır, İT strategiyaları hazırlayır, proqram təminatı seçir, sistem tətbiqi (ERP, CRM) ilə bağlı məhsuldarlığın və biznesin rəqəmsallaşmasının təmin edilməsinə kömək edir.

HR konsaltinqi

Insan resursalarının idarə olunması üzrə məsləhət xidmətləri motivasiya proqramlarının yaradılmasına, həmçinin effektiv korporativ mədəniyyətlərin qurulmasına və HR proseslərinin təkmilləşdirilməsinə kömək edir. Kadr uçotu üzrə təqdim edilən konsaltinq xidmətləri Azərbaycanda həm də işçilərin əmək haqqısının hesablanması işlərini əhatə edir.

Hüquqi və korporativ konsaltinq

Konsaltinqin bu növü daha çox şirkətlərin və filialların qeydiyyatı, birləəmə və satınalma (M&A) əməliyyatlarının müşayiəti, lisenziya və icazələrin alınması, əmək, korporativ və vergi hüququ üzrə məsləhət xidmətləri təklif edir.

Biznesiniz üçün hansı növ məsləhət xidməti lazımdır?

Konsaltinqin faydalarından uğurla istifadə etmək üçün düzgün xidmət növünü seçmək lazımdır. Əgər maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün köməyə ehtiyac varsa, ən yaxşı seçiim maliyyə məsləhətçilərinə müraciət etməkdir. Əgər məqsəd satışı yaxşılaşdırmaqdırsa, o zaman marketinq konsaltinqi ən uyğun seçim olacaq.

Məsləhət xidmətinin seçimi üçün əsas meyarlar hansılardır?

  1. Müştərilərin rəyləri və tövsiyyələri ilə tanış olun, şirəkətin peşəkarlığını və effektivliyini qiymətləndirmək üçün onunla işləmiş şirkətlərin fikirləri önəmlidir.
  2. Məsləhətçi şirkətin konsaltinq xidmətlərinin Azərbaycanda hansa sektora yönəldiyini araşdırın, şirkətin fəaliyyət göstərdiyiniz sektorda iş təcrübəsinə diqqət edin. Sizin sektorun xüsusiyyətləri ilə tanış olan məsləhətçi-ekspertlər daha uyğun həllər təklif edə bilər.
  3. Konsaltinq şirkətinin təklif etdiyiniz büdcə daxilində işləmək bacarığı, istəhyimi varmı? Gözlənilməz xərclərdən qaçmaq üçün maliyyə şərtlərini əvvəlcədən müzakirə edin.
  4. Gözlənilən nəticələr və iş prinsiplərini müzakirə edin. Konsaltinqin yanaşmasının gözləntilərinizə və korporativ mədəniyyətinizə uyğun olduğundan əmin olun.

Ekspertlərlə əlaqə saxlamazdan əvvəl ehtiyaclarınızı dəqiq müəyyən edin, sizə lazım olanı seçin (məsələn, marketinq, vergi, kadr yaxud mühasibat konsultasiyası). Ehtiyaclarınızı aydın şəkildə başa düşmək sizə müvafiq təcrübəyə malik mütəxəssis seçməyə imkan verəcək.

2026-cı ildə qüvvəyə minən yeni vergi dəyişiklikləri fonunda Accounting.Az şirkəti bizneslərə vergi yükünü qanuni yollarla optimallaşdırmağa kömək edir.
 Konsaltinq xidmətləri üçün müraciət edin!