birbank biznes

Mühasibat və vergi uçotuAdından da göründüyü kimi mühasibat uçotu ilə vergi uçotu arasındakı əsas fərq onların tənzimləməsi sistemindən ibarətdir. Mühasibat uçotu “Mühasibat uçotu barədə” qanunla və mühasibat uçotu sahəsində dördsəviyyəli sistem olan digər qanunvericilik sənədləri ilə tənzimlənir. Vergi uçotunun əsasında isə müvafiq olaraq vergi qanunvericiliyi və ilk növbədə Vergi kodeksi dayanır.

Mühasibat və vergi qanunvericiliyi, bir qayda olaraq, ayrı-ayrı obyektlərə və ya əməliyyatlara münasibətdə onların uçotunun variativliyini təqdim edir. Bu, təşkilat tərəfindən konkret variantın seçilməsinin zəruriliyini şərtləndirir ki, bu da Uçot siyasətində təsbit olunur. Məsələn, mühasibat uçotu və vergitutma məqsədləri üçün amortizasiya metodunun seçimi.

Bu məqsədlər üçün təşkilatlar tərəfindən mühasibat uçotu məqsədləri üçün Uçot siyasəti və vergitutma məqsədləri üçün Uçot siyasəti hazırlanır və təsdiq edilir.

Nəzərə almaq lazımdır ki, vergi uçotuna əsasən – bu, mənfəət vergisi üzrə vergi bazasının müəyyən edilməsi üçün informasiyanın ümumiləşdirilməsi sistemidir. Lakin, daha geniş mənada, vergi uçotu yalnız mənfəət vergisi deyil, bütün vergilər üzrə vergi tutulan göstəricilərin müəyyənləşdirilməsi sistemidir.

Daha ətraflı tanış olmaq üçün aşağıdakı keçidlərə daxil olun:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun